"Art Gallery Hotel Baku" yalnız təqdim etdiklərimizlə deyil, onları necə təqdim etdiyimizlə fərqlənir. Bir incəsənət qalereyasının zərifliyini lüks otelin rahatlığı ilə birləşdirən "Art Gallery Hotel", hər biri incəliklə dizayn edilmiş 30 otağı ilə qonaqlarına unikal bir təcrübə təqdim edir. Burada qonaqpərvərlik sadəcə xidmət deyil, kreativlik, üslub və fərdiliyin bir araya gəldiyi sənət formasıdır.
Bakının canlı şəhər mənzərəsinin mərkəzində unikal və maraqlı təcrübələr təqdim edən,tarix və incəsənətin bir araya gəldiyi canlı limana xoş gəlmisiniz. Şəhərin ən ideal nöqtəsində yerləşən otelimiz, Xəzər dənizinin və Bakı Bulvarının füsunkar mənzərələri ilə tətiliniz üçün gözəl şərait yaradır.
Bu yaxınlarda yenilənmiş "Artist"restoranımız "Dünya ləzzətlər qalereyası" adlı maraqlı yeni menyu təqdim edir. Bu innovativ konsepsiya hər bir komanda üzvünün bədii imicin yaradılmasına töhfə verdiyi bütün restorana aiddir.
"Art Gallery Hotel" canlı və ruhlandırıcı bir atmosfer üçün divarlarını bəzəyən geniş incəsənət kolleksiyası ilə kreativlik təqdim edir. İnteryerin hər bir detalı hotelin atmosferinə özünə məxsus toxunuş gətirərək öz hekayəsini danışır.
"Art Gallery Hotel" Bakının mərkəzində,şəhərin ən məşhur görməli yerlərindən biri olan ikonik Qız qalasının yaxınlığında yerləşir.
"Qlobal ləzzətlər qalereyası" (A Gallery of Global Flavors) yemək və içkilərin kreativ birləşməsini təklif edir. "Mətbəx rəssamları" kimi tanınan aşpazlarımız kulinariya şedevrləri,"kokteyl rəssamları" kimi tanınan barmenlərimiz isə heyrətamiz gözəllikvə təravətləndirici içkilər yaradırlar.
Xidmətlər və İnfrastruktur